top
56 yaşlı kişi anasına xəsarət yetirib
20 iyun 2026, 12:13
- ↺ +

56 yaşlı kişi anasına xəsarət yetirib

Daşkəsəndə ailə münaqişəsi həbs qərarı ilə nəticələnib.

Demokrat.аz xəbər verir ki, hadisə Daşkəsən şəhəri, Səməd Vurğun küçəsindəki binalardan birində yerləşən mənzildə baş verib. 

Məlum olub ki, 1970-ci il təvəllüdlü Mehdi mətbəxdə yemək yeyib, spirtli içki qəbul edən zaman anası Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Buna səbəb qadının oğluna ona mütəmadi olaraq hər gün spirtli içki qəbul etməyinə görə iradlarını bildirməsi olub. Bundan sonra onların aralarında ailədaxili münasibətlər zəminində mübahisə yaranıb. Bu zamanı Mehdi sərxoş vəziyyətdə olmaqla anası Səmayənin sinəsindən qəsdən əli ilə itələyib. Qadının başının arxa nahiyəsi divara dəyməsi nəticəsində x3s4rət alıb. 

İş üzrə izahat verən Mehdinin sözlərinə görə, anası onu stəkanla vurmaq istəyib. Bu səbəbdən qadının əlindən tutaraq itələyib. Təqsirləndirilən şəxs deyib ki, heç bir yerdə işləmir və qazancı yoxdur, törətdiyi əməlindən isə peşmandır. 

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, hadisə baş verən gün oğlu Mehdi yemək yeyib, spirtli içki qəbul etdikdən sonra ondan pul tələb edib. 

"Mən pulumun olmadığını bildirdim. Aramızda mübahisə zaman oğlum saçımdan tutaraq başımı divara vurdu. Oğlum məni vurduğu vaxt gəlinim İlhamə də yanımızda olub. Gəlinim məni oğlumun əlindən alaraq evdən çölə çıxardı. Evdən çıxdıqdan sonra özüm qonşuya, gəlinim isə anasıgilə getdi. Oğlum hər gün evə sərxoş halda gəlir və məni döyüb incidir. Hadisə baş verən gündən sonra da oğlum evə gələrək yenə də məndən pul istəyib və mənimlə mübahisə edib. Aylıq pensiyasımı oğlum məndən alaraq xərcləyir", - qadın deyib. 

Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Mehdi 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Oxşar xəbərlər