top
4 nömrəli məktəb-liseydə bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı açıqlama
06 sentyabr 2023, 15:30
- ↺ +

4 nömrəli məktəb-liseydə bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə bir sıra valideyn və müəllimləri narahat edən hadisə yaranıb. Bu haqda Gencexeber.az-a 6 sentyabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində müşahidə olunur. Burada yeni dərs ilində V və VI siniflərdə təhsil alacaq şagirdlərin dərsləri günorta növbəsinə salınıb. Bu da valideyn və müəllimlərin narazılığına səbəb olub. Onlar redaksiyamıza müraciət edərək bildiriblər ki, dərslərin növbəsinin dəyişməsi əsassızdır və övladlarının məktəbə səhər getməsini istəyirlər.

Məsələ ilə bağlı məktəb-liseyin direktoru Əliağa Səfərəliyev ilə əlaqə saxladıq. Aldığımız məlumata əsasən, təhsil müəssisəsi 3 tədris korpusundan ibarətdir. Burada 119 sinif otağı yerləşir. Hazırda məktəbdə 107 sinif təhsil alır.

“Təhsil müəssisəsində ingilis, fransız, rus bölməsi üçün Azərbaycan dilləri və STEAM dərsləri bölgülü şəkildə keçirilir. Hər sinif iki hissəyə ayrılır. Bunun üçün təxmini 30-35 sinif otağı tələb olunur. Məktəbin ümumi tutumu 1890 yerlikdir. Lakin burada 3300-dən artıq şagird təhsil alır.

İyun ayında pedaqoji şura keçirilən zaman bildirmişdim ki, yeni tədris ilində V və VI sinifləri ikinci (günorta) növbəyə keçirməyə zərurət yaranır. Bu rejimə şuranın qərarı ilə keçilib. Məsələ ilə bağlı Regional Təhsil idarəsinə də məlumat verilib”, - deyə Səfərəliyev açıqlamada bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncə İH-də sektor müdiri işdən AYRILDI

Bütün xəbərlər
Bu gün, 17:34

Sabah Gəncədə 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 16:57

Xərçəngin qorxunc statistikası: 5 ildə 42% artıb

Bütün xəbərlər
Bu gün, 16:26

Bu şəxslərə pulsuz torpaq veriləcək

Bütün xəbərlər
Bu gün, 15:34

ATU-da üzgüçülük yarışının qalibləri müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncədən kəndlərə gedən avtobuslar nə vaxt yenilənəcək?

Bütün xəbərlər
Bu gün, 14:23

Gəncədə tanınmış diş həkimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 13:11

Qadın onu yandıran ərini bağışladı

Bütün xəbərlər
Bu gün, 12:39

Gəncədə yerləşmə müəssisələrində MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 11:25

Erməni həkimin qurbanı olan gəncəli sənətkarın anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:00

Tünzalə Ağayevanın 50 yaşı tamam oldu

Bütün xəbərlər
Bu gün, 10:28

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:58

Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir

Bütün xəbərlər
Bu gün, 09:12

"Gəncəsayağı" TƏMİR: yolu qazıb getdilər

Bütün xəbərlər
Bu gün, 00:01

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Şəmkirli generalla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Bütün xəbərlər
Dünən, 17:00

Gəncə karateçiləri 8 medal QAZANDILAR

Bütün xəbərlər
Dünən, 16:34

Gəncədə küçələrdən birinə şəhid Rəhman Dünyamalıyevin adı verildi

Bütün xəbərlər
Dünən, 16:04

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bütün xəbərlər
Dünən, 15:52

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Bütün xəbərlər
Dünən, 15:18

Gəncədə daha bir məhəllə AĞ GÜNƏ çıxdı

Bütün xəbərlər
Dünən, 14:44

Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə oğlanların sayı qızları ÜSTƏLƏYİR

Oxşar xəbərlər