Gəncədə kişi bıçaqlanıb. Bu haqda 26 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 33 yaşlı Elşad Nağıyev bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, o, yaşadığı evdə tanımadığı bir neçə nəfər tərəfindən bıçaqlanıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.