top
32 nəfəri aldadan Ülviyyə Balayeva cəza aldı
07 may 2025, 17:30
- ↺ +

32 nəfəri aldadan Ülviyyə Balayeva cəza aldı

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış Ülviyyə Balayeva barəsində daha bir hökm çıxarılıb. Hazırda həbsdə olan Balayevanın əməllərindən zərərçəkən daha bir neçə nəfər var. Onunla birlikdə mühakimə edilən şəxs vəfat edib.

Musavat.com xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirli bilinərək həbs edilən Ü.Balayeva həbsdə olan zaman ondan şikayətçi olan daha bir neçə nəfərin şikayəti əsasında barəsində yeni cinayət işi açılıb.

Balayeva işə adam düzəltmək, pensiya, sosial yardım, sosial evlər vədləri verərək xeyli sayda adamı aldadıb.

Onun barəsində sonuncu cinayət işi üzrə məhkəmə araşdırması Gədəbəy Rayon Məhkəməsində baş tutub.

Bu cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 32 nəfərdir. Bu dəfə də Balayeva həmin şəxslərdən FHN-ə işə düzəltmək, sosial evlə təmin etmək, pensiya və sosial yardım düzəltmək adı ilə pul alıb. Bu işdə Balayeva ilə birlikdə Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyev də məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, adı çəkilən şəxslərin cinayət əməlləri Baş prokuror tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri əsasında müəyyən edilib.

Balayeva və Əliyevin bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, zərərçəkmiş şəxslərin pulları geri qaytarılmayıb.

Məhkəmə araşdırması davam edən ərəfədə təqsirləndirilən şəxslərdən İbrahim Əliyev xəstəlikdən vəfat edib. Buna görə də onun barəsindəki icraata xitam verilib.

Ülviyyə Balayeva isə törətdiyi əməllərə görə dələduzluq ittihamı ilə cəza alıb. Onun daha əvvəlki cəzası ilə indiki əməllərinə görə kəsilən ümumi cəza 4 il 6 ay olub.

 

Son xəbərlər

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər