Gəncədə narkotik dövriyyəsi ilə bağlı tədbirlər keçirilib. Bu haqda 16 oktyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları sözügedən məsələ ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra əməliyyat aparıblar. Nəticədə 23 nəfər saxlanılıb. Onlar aidiyyəti üzrə polis orqanlarına gətiriliblər.
Baxış keçirilən zaman üzərlərindən çeşidli narkotik və psixotrop maddələr, güclü təsiredici narkotik vasitələr aşkar olunaraq, qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Hazırda analoji tədbirlər davam etdirilir.
[modula id="48002"]