Gəncə sakini çayda batıb. Bu haqda 15 iyul tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Hadisə Samuxun Yeni Kənd kəndində baş verib. 14 yaşlı Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. Nəticədə yeniyetmə dünyasını dəyişib.
Meyit Kürdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilir ki, yeniyetmə ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.