top
10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB
03 may 2025, 12:26
- ↺ +

10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

 

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.

Gencexeber.az məlumat verir ki, apellyasiya müraciəti yalnız imtahanda şəxsən iştirak etmiş və nəticələri elan olunmuş şəxslər tərəfindən edilə bilər. Müraciəti həmçinin həmin şəxsin valideyni və ya qanuni nümayəndəsi də təqdim edə bilər. Bu hüquq istər ali məktəblərə qəbul, istər buraxılış, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında tətbiq edilir.

Apellyasiya müraciəti cavab vərəqində iştirakçının cavabı qiymətləndirilməyibsə, avtomatik yoxlamada texniki səhvə yol verildiyi ehtimal olunursa və açıq tipli sualların (inşa, esse və s.) qiymətləndirilməsi ilə razılaşılmırsa, əsaslı hesab olunur.

Müraciət zamanı konkret suallar və iştirakçının nəyə görə həmin qiymətləndirmə ilə razılaşmadığı aydın şəkildə əsaslandırılmalıdır.

DİM bildirir ki, bəzi müraciətlər apellyasiya komissiyası tərəfindən baxılmadan geri qaytarılır. Bura sualın çətinliyi və ya quruluşu ilə bağlı etirazlar, imtahan nəticəsi rəsmi olaraq elan edilməmiş mərhələdə edilən müraciətlər, imtahan qaydalarının pozulması səbəbilə nəticəsi etibarsız sayılan şəxslərin müraciətləri və şəxsi vəziyyətlə (stress, vaxt çatışmazlığı və s.) bağlı əsaslandırmalar daxildir.

İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apellyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir.

Açıq tipli suallar üzrə müraciətlər zamanı apellyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.

Modern.аz-ın Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib.

Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir.

Qeyd edək ki, apellyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər