top
Qonşum ailəmi izləyirdi — Zərərçəkən
14 fevral 2026, 16:22
- ↺ +

"Qonşum ailəmi izləyirdi" — Zərərçəkən

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Samux rayonunda 1970-ci il təvəllüdlü Arif həmkəndlisi İlkinə (adlar şərtidir) xəsarət yetirib.

Demokrat.аz xəbər verir ki, hadisə ötən ilin avqustun 18-də baş verib. Arifin həmin gün səhər saat 05:30-da küçədə həmkəndlisi İlkin ilə mübahisəsi baş verib. O, şəxsi münasibətlər zəminində əli ilə İlkinin üzünə vurub, habelə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, İlkin onun həmkəndlisi və eyni zamanda da qonşusudur: "Onunla münasibətlərimiz normal deyil və biz təxminən 8-10 ildir danışmırıq. Avqustun 18-də, səhər saat təxminən 5:30-da həyətyanı torpaq sahəsini suvaranda İlkin özünə məxsus maşını ilə küçədən keçən zaman yol palçıq olduğu üçün maşını küçədə bataraq qaldı. 

Mən isə bunu kənardan gördüm və maşının yanına gedərək kömək etmək üçün arxadan itələdim. Bu zaman isə İlkin maşının içindən mənə qarşı nalayiq ifadələr işlətdi və məni təhqir etdi. O, köməyimdən imtina edərək uzaqlaşmağımı tələb etdi. Sonra isə İlkin maşından düşərək üzərimə tərəf gəldi. Həmin vaxt biz əlbəyaxa olduq. Əlbəyaxa olan zaman sağ əlim ilə İlkinin sol üz nahiyəsinə vurdum". 

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, qonşusu Ariflə münasibətləri normal deyil: "Təxminən 4 il bundan öncə Arif həyətyanı sahəmə girərək məni və ailəmi izləyib. Lakin bunu onun boynuna qoya bilməmişəm". 

Samux Rayon Məhkəməsinin hökmü ilə Arif 6 ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün 23:00-dan saat 07:00-dək, həmçinin Samux rayonu hüdudlarını tərk etməsi qadağan olunub. 

Bundan əlavə onun üzərinə cəzaçəkmə müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər