top
Popkorn maşınından qlobal biznesə: Gəncəli gəncin uğur yolu
Müsahi̇bə
04 sentyabr 2025, 16:05
- ↺ +

Popkorn maşınından qlobal biznesə: Gəncəli gəncin uğur yolu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın qədim şəhəri Gəncə çox istedadlar yetişdirib – şairlərdən tutmuş alimlərə qədər. Elə həmin ruh bu gün gənc sahibkar Nəsib Piriyevin uğur hekayəsində də yaşayır.

Londonda yaşayan tanınmış iş adamı gəncəli Nəsib Piriyev hafiztimes.com-a müsahibə verib.

Rus-azərbaycanlı sənaye maqnatı Nizami Piriyevin oğlu bu müsahibədə dəyərlər, sahibkarlıq və Azərbaycanın biznes mühitinin gələcəyi barədə fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

– Uzun müddətdir ki, ictimaiyyət sizi "varlı ailənin oğlu" kimi tanıyır. Bu kimliyi daşımaq sizə daha çox üstünlük gətirib, yoxsa daha çox təzyiq və məsuliyyət?

– Həyatdakı bir çox şey kimi, burada hər ikisinin təsiri var. Təbii ki, böyüyərkən müəyyən üstünlüklərim olub. Valideynlərim məni İngiltərədə təhsil almağa göndərə bildilər və 1990-cı illərin əvvəllərində bir çox insan kimi gündəlik ehtiyaclar barədə narahat olmaq məcburiyyətində qalmadım. Amma vəziyyət çox vaxt düzgün anlaşılmır. Biz, postsovet məkanında olan bir çox ailələr kimi sıfırdan başlamışıq.

İlk layihəmi reallaşdıran zaman təxminən 16 yaşım var idi, Moskvada yaşayırdım. Yayda nənəmi ziyarət etmək üçün Gəncəyə getmişdim. O vaxt məktəbin qarşısında şirniyyat və ya popkorn satışı yox idi. Beləliklə, Gəncədə əvvəllər heç görülməmiş böyük bir popkorn maşını aldım. Qablaşdırmanı özüm hazırladım, xammalları topladım və əmim uşaqları ilə birlikdə Gəncə şəhər 1 nömrəli məktəbin qarşısında kiçik bir satıcı köşkü qurduq. Bir həftə ərzində çox məşhurlaşdıq – bu popkorn maşını Gəncəyə əməlli-başlı səs-küy saldı. Sonra yəqin ki, kimsə nənəmə şikayət etdi, o da oranı bağladı. Beləliklə, mənim "inzibati qaydalarla" ilk tanışlığım başladı. Amma o səs-küylü maşın nənəmin mətbəxində qaldı və ürəyimiz istədiyi vaxt popkorn bişirib yeyə bildik, amma evdə. 

Bəli, iş dünyasına atılanda digərləri ilə müqayisədə mənim müəyyən üstünlüklərim olub. Amma qəti inanıram ki, həqiqi miras, həqiqi üstünlük kapital yox, düşüncə tərzidir.

 

 

– Əgər ailəniz bu qədər tanınmış və imtiyazlı olmasaydı, Nəsib Piriyev bu gün kim olardı?

– Məncə, rejissor olardım. Həm də hekayəyə hər şeyini qatan rejissor. Çünki başqa heç nə o qədər cəlbedici görünmür.

– Sizin fikrinizcə, qarşıdakı illərdə ən perspektivli sahələr hansılar olacaq? Bu mövzuda Azərbaycandakı gənclərə hansı məsləhətləri verərdiniz?

– Dünyada artıq coğrafiya və dil məhdudiyyəti yoxdur. Siz həmyaşıdlarınızı, dostlarınızı, rəqiblərinizi və əməkdaşlıq edəcəyiniz insanları hər yerdə tapa bilərsiniz. İstər Bakı, istər Gəncə, istərsə də Xankəndidə olun – harada olmağınızdan asılı olmayaraq fərq yaradan dəyərli bir iş görməyinizə maneə olan heç bir məhdudiyyət olmayacaq.

Ona görə də düşünməyin ki, ətraf mühitiniz və ya doğulub boya-başa çatdığınız yer sizin müvəffəq olmağınıza maneədir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər