top
Gəncəli ifaçının ilk solo konserti keçirilib
07 dekabr 2025, 11:57
- +

Gəncəli ifaçının ilk solo konserti keçirilib

Gənc vokal ifaçısı Altun Süleymanovun "Solo gənclik" layihəsi çərçivəsində solo konserti baş tutub.

Gencexeber.az məlumat verir ki, tədbir Maestro Niyazinin Mənzil-Muzeyində təşkil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə reallaşdırdığı "Solo Gənclik" layihəsi çərçivəsində gəncəli opera-vokal ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov solo konsert proqramı ilə çıxış etdi. 

Gənc ifaçını səhnədə Azərbaycan Milli Konservatoriyasının pedaqoqu, təcrübəli konsertmeyster Rəhimə Qurbanova piano ilə müşayiət edib. 

Layihənin əsas məqsədi gənc ifaçıların səhnədə öz yaradıcılıq potensialını nümayiş etdirməsi, yeni istedadların kəşfi və mədəniyyətə yaradıcı nəfəs gətirən sənətçilərin geniş auditoriyaya təqdim olunmasıdır. Proqram zamanı dinləyicilərə klassik opera, romans, xalq mahnıları və dünya musiqi irsindən ibarət geniş repertuar təqdim edilib.

İzləyənlər arasında tanınmış mədəniyyət və ictimai xadimləri olublar. Azərbaycan Milli Konservatoriyasının dosenti, opera-vokal ifaçısı Mahirə Həsənova, Gəncədən xüsusi olaraq tədbirə qatılaraq həmyerlisinə dəstək olan Milli Məclisin deputatı Pərvin Kərimzadə, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Rasim Məmmədov, "Dodo" qəzetinin baş redaktoru, jurnalist İradə Məlikova, "İRƏLİ" İctimai Birliyinin katibi Riad Cəbrayılov və Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı gənc vokalçı haqqında xoş fikirlərini bölüşdülər.

Tədbirin sonunda DAMM və "Sabirlik və İnkişaf" İctimai Birliyi tərəfindən Altun Süleymanov və konsertmeyster Rəhimə Qurbanovaya ALİ DİPLOM  "Dodo" qəzeti tərəfindən isə Tərif və Təşəkkür Diplomu təqdim edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Bu gün, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Bu gün, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Bütün xəbərlər
Bu gün, 09:38

Mingəçevirdə işıq olmayacaq

Bütün xəbərlər
Bu gün, 09:06

Gəncədə 35 yaşlı kişi b1çaqlanıb

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə deputatlarla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:10

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bütün xəbərlər
Dünən, 15:10

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:44

Gəncədə bina əyilir, fasad örtüyü qopub tökülür – ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Dünən, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Dünən, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Dünən, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Dünən, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
22 sentyabr 2026, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
22 sentyabr 2026, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
22 sentyabr 2026, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
22 sentyabr 2026, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
22 sentyabr 2026, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
22 sentyabr 2026, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Oxşar xəbərlər