27.5 C
Gence
27.5 C
Gence

Yeni Gəncə qəsəbəsində qəzalı yol təmir olunur

Yeni Gəncə qəsəbəsinin 28 may küçəsində yolun təmir-bərpa işləri aparılır. Bu haqda Gencexeber.az-ın müxbiri 24 sentyabr tarixində xəbər verib.

Küçədə su borusu partlamışdır. Onun təmirindən sonra yol qəzalı vəziyyətdə qalmışdır.

Əldə etdiyimiz məlumata əsasən, işlər bu gündən başlayıb. Aidiyyatı qurumun əməkdaşları asfalt döşəməsinin salınacağı səbəbindən yolu hamarlayandan sonra bərkidilmə işləri görüblər.

Daha öncə, 28 may küçəsində olan qəza haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan