26.9 C
Gence
23.5 C
Ganja

İki nəfərin xəsarəti ilə nəticələnən qəza qeydə alınıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 7 iyun tarixində Report-a istinadən məlumat veririk.

Hadisə nəticəsində 48 yaşlı Bayram Bağırov və 39 yaşlı Vahid Salahov müxtəlif xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Salahovun vəziyyətinin ağır, digərinin isə kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.