Gəncədə daha bir küçədə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 31 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hacı Əli Hüseynzadə küçəsindən gedir. Burada piyada səkilərinin qırağındakı köhnə bordürlərin yerinə yeniləri düzülür. Ərazidə aidiyyəti qurumun əməkdaşları çalışırlar. Yaxın günlərdə küçəyə asfalt örtüyü çəkiləcək.
Xatırladaq ki, daha öncə adıçəkilən ərazidə asfalt örtüyünün qaşınması barədə məlumat vermişdik.