top
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
02 fevral 2026, 16:49
- +

Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək

Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də "Lisenziyalar və icazələr haqqında" qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

Apa.аz xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Onkoloji yardım haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, "Onkoloji yardım haqqında" qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Oxşar xəbərlər