Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam oğlu Orucov uzunsürən xəstəlikdən sonra 68 yaşında Moskva şəhərində vəfat edib.
Gencexeber.az bildirir ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.
O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işləyib. Polkovnik rütbəsində təqaüdə çıxıb.
Mərhum Rusiyada soydaşlarımız arasında öz xeyirxah əməlləri ilə böyük nüfuza sahib olub. O, Göygöl rayonunda dəfn olunub.