top
600-dan çox əsəri olan alim 85 yaşını qeyd edir
02 fevral 2026, 18:00
- +

600-dan çox əsəri olan alim 85 yaşını qeyd edir

Tanınmış alim, Azərbaycan kimya elminə özünə məxsus töhfələr vermiş Eldar Məmmədbəyli 85 illiyini qeyd edir. 
Görkəmli alim Məmmədbəyli Eldar Hüseynqulu oğlu 1941-ci ilin yanvar ayının 22-də Gədəbəy rayonunun Arısu kəndində müəllim ailəsində anadan olub. 1957-ci ildə Gədəbəy rayonunun Miskinli kənd orta məktəbini bitirib. 

1960-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) əczaçılıq fakültəsinə daxil olub. 1965-ci ildə oranı provizor ixtisası üzrə bitirmiş, təyinatla 1967-ci ilə kimi ixtisası üzrə işləyib. Həmin ildə E.Məmmədbəyli  Az.SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnsitutunda (NKPİ) istehsalatdan ayrılmaqla (əyani) aspiranturaya daxil olub. 

1978-ci ildə SSRİ Elmlər Akademiyasının Element-üzvi Birləşmələr İnstitutunda (EÜBİ) namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasında "C4-C5 -Qoşulmuş dienlərin aktivləşdirilmiş dienofillərlə asimmetrik Dils-Alder reaksiyası" mövzusunda "Üzvi kimya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini alıb. 1967-ci ildən 2007-ci ilə kimi kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlib. 
2008-ci ildə isə yeni yaradılmış "Optiki aktiv maddələrin sintezi və tədqiqi" qrupuna rəhbər təyin edilib. 2012-ci ildə yeni təsis edilmiş "Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi" laboratoriyasına müdir təyin olunub. 

Geniş intellektə, müasir dünyagörüşə malik, yüksək ixtisaslı mütəxəssis olan professor Eldar Məmmədbəyli üzvi kimya, neft kimyası, asimmetrik sintez, sulfatreduksiyaedici bakteriyalar əleyhinə antimikrob maddələrin sintezi və xassələrinin tədqiqi sahəsində özünəməxsus elmi istiqamət yarada bilib. Hazırda o, bu istiqamətdə fəal tədqiqatlarını uğurla, gənclik həvəsi ilə davam etdirir.

E.H.Məmmədbəyli elmi əməkdaşlıq çərçivəsində Respublikanın ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti) və elmi-tədqiqat institutlarının (Polimer Materialları İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Mikrobiologiya İnstitutu) əməkdaşları ilə birgə elmi işlərin aparılmasında fəal iştirak edir. 

İşlədiyi dövrdə 660-dan çox elmi əsəri dərc olunub. Bunlardan 12-si SSRİ müəlliflik şəhadətnaməsi, 5-i Azərbaycan patenti, 4-ü monoqrafiyadır. Məqalələrinin bir çoxu "Tetrahedron", "Green Chemistry", "ЖOpX", "ЖОX", "ЖПХ", "Нефтехемия", "Катализ в промышленности", "Известия РАН, "Сер. Хим.", "Аналитическая химия", "Azərbaycan kimya jurnalı", "Neft kimyası və neft emalı prosesləri", "Kimya problemləri" kimi jurnallarda dərc olunub. Son beş ildə 170 elmi əsər dərc edilib. 

Eldar Məmmədbəylinin rəhbərliyi ilə doqquz fəlsəfə doktoru, üç elmlər doktoru dissertsiya işləri müdafiə olunmuşdur. Hazırda onun rəhbərliyi altında bir neçə əməkdaş fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi üzərində işləyir.
Uzunmüddətli uğurlu elmi fəaliyyəti nəzərə alınaraq prof. E.Məmmədbəyli AR-nın Prezidenti İlham Əlievin 1452 saylı 1 oktyabr 2019-cu il tarixli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə AR-nın Prezidenti İlham Əlievin 5 noyabr 2025-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Oxşar xəbərlər