25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə döşəmə daşlarının təmir-bərpa işləri aparılır

Gəncənin Nizami küçəsində yerləşən Mərkəzi Univermağın qarşısında dağılmış döşəmə daşlarının təmir-bərpa işləri aparılır. Bu haqda Gencexeber.az-ın müxbiri bu gün, 17 avqust tarixində məlumat verib.

Müxbirimizin aldığı məlumata görə, küçədə daşların dağılmış vəziyyətdə olması hərəkətə maneə törədir və sakinlərin narazılığına səbəb olur.

Hal-hazırda ərazidə Azərsu əməkdaşları qazıntı işləri görür.