Gəncədə bir neçə mağazada eyni gündə oğurluq hadisəsi baş verib.
Gencexeber.az-a daxil olan məlumata görə, hadisə “Alov” Ticarət Mərkəzində yerləşən iki mağazada qeydə alınıb. Bildirilir ki, 3 nəfərdən ibarət bir qrup qaraçı müxtəlif malları, o cümlədən ayaqqabıları oğurlayıblar.
Onlardan biri təxminən 35-40 yaşlarında qadın, digərləri isə 20 yaşlı gənclər olub.
Zərərçəkənlər iddia edirlər ki, sözügedən qaraçılar daha əvvəl də oxşar əməlləri törədiblər. Oğurluq edənlər müxtəlif mağazalara daxil olaraq diqqəti yayındırır, məhsulları mənimsəyir və dərhal ərazidən uzaqlaşırlar.