Gəncədə bıçaqlanma olub. Bu haqda 3 may tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb. Təhsil ocağının şagirdi R.İbrahimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində məktəblini yaralamaqda şübhəli bilinən 17 yaşlı S. İsayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.
Xatırladaq ki, bir müddət öncə analoji hadisə 36 nömrəli tam orta məktəbdə qeydə alınmışdı.