top
Gəncədə tələbələrin hüquqları kobud şəkildə pozulur – İDDİA
20 fevral 2025, 11:54
- +

Gəncədə tələbələrin hüquqları kobud şəkildə pozulur – İDDİA

 

Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kollecin tələbələri uzun müddətdir yeni rəhbərlik tərəfindən qeyri-qanuni məhdudiyyətlər və haqsızlıqlarla üzləşdiklərini iddia edirlər.

Gencexeber.az-a məsələ ilə bağlı tələbələrdən çoxsaylı şikayətlər daxil olub.

Bildirilib ki, direktor vəzifəsini yanvar ayının ortalarından icra edən Xoşqədəm Xudiyeva təhsil ocağının daxili qaydalarını tələbələrin hüquqlarını pozacaq şəkildə dəyişdirib:

“Hazırda kollecin daxilində əvvəllər fəaliyyət göstərən iki bufetdən biri qapadılıb. Bu səbəbdən bufetdə iri növbələr yaranır və tələbələr tənəffüs zamanı yemək yeməyə çatdırmır. Tənəffüs vaxtında binadan çıxmağımıza isə icazə verilmir.

Hətta yaxınlıqda yerləşən mağazalardan yemək almaq da qadağan olunub. Dərs zamanı ayaqyoluna getməyə, telefonla danışmağa, hətta qısa müddətdə dəhlizə çıxmağımıza da icazə verilmir.

Kollecin mühafizəçiləri bildirir ki, bu məhdudiyyətlər Xoşqədəm Xudiyevanın “qəti təlimatıdır”. Bu məhdudiyyətlər qanunidirmi?”.

Şikayətçilər əlavə ediblər ki, onların şəxsi azadlığına da müdaxilə edilir. Kollecin daxili qaydaları adı altında tələbələrin geyim tərzinə, saç düzümünə və makiyajına qarışılır. Heç bir əsas olmadan tələbələrin görünüşü ilə bağlı məhdudiyyətlər qoyulub:

“Tələbələr olaraq Elm və Təhsil Nazirliyindən, Ombudsman Aparatından və digər müvafiq qurumlardan bu məsələyə müdaxilə etmələrini tələb edirik. Təhsil müəssisəsində tələbələrin hüquqlarının kobud şəkildə məhdudlaşdırılması qəbuledilməzdir. Gəncə Dövlət Universitetinin rəhbərliyi və nazirlik  bu məsələyə ciddi yanaşmalı, tələbələrin hüquqlarının qorunmasını təmin etməlidir”.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
Bu gün, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
Dünən, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
Dünən, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 iyul 2026, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
02 iyul 2026, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
02 iyul 2026, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
01 iyul 2026, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
01 iyul 2026, 13:31

Zibil atmağa sevgilisindən icazəsiz gedən qadın döyüldü

Bütün xəbərlər
01 iyul 2026, 12:36

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
01 iyul 2026, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
01 iyul 2026, 11:00

Hərbi xidmətə çağırış başladı

Oxşar xəbərlər