26.4 C
Gence
26.4 C
Gence

Gəncəni təmsil edən “Kəpəz” klubunda yeni təyinat

Azərbaycanın Birinci Divizionunda Gəncəni təmsil edən “Kəpəz” futbol klubunda yeni təyinat olub. Bu haqda 15 sentyabr tarixində klubun rəsmi səhifəsində xəbər paylaşılıb.

İlham Səmədov klubda uşaq futbolunun koordinatoru vazifəsində çalışacaq.

Əvvəllər “Kəpəz”in əsas heyətinə oyunçu yetişdirməklə məşğul olan Səmədov, indi isə klubun aşağı yaş qrupları üzrə komandalarına nəzarət edəcək.

11 sentyabrda Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovla görüş təşkil olunmuşdur. Onun diqqətinə çatdırılmışır ki, “Kəpəz” futbol klubu Premyer Liqaya yüksələ biləcək potensiala malik olduğu üçün tam olaraq AFFA tərəfindən maliyyələşdirilir.

Ən Çox Oxunan