Gəncəli cüdoçu Turan Bayramov yarım saat öncə Qazaxstandan olan Marxanbetovu ipon fəndi ilə məğlub edib. Bu haqda Gencexeber.az-ın müxbiri 6 oktyabr tarixində xəbər verib.
Turan Bayramov 60 kiloqram çəki dərəcəsində güləşir. O, İtaliyada keçirilən Junior dünya çempionatında çıxış edir.
Bayramov 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhəri Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.
Qeyd edək ki, Bayramov aşağıda sadalanmış yarışların qızıl medalçısıdır:
- Kursantlar arasında qitə birinciliyi
- Yeniyetmələr arasında Avropa Kuboku
- Kursantlar arasında Avropa Kuboku
- Kursantar arasında ölkə çempionatı