Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifovun vəziyyəti ağırlaşıb. Bu haqda Gencexeber.az 2 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Sənətkarın səhhətində ciddi problem yaranmışdır. O, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, ürəyində problem yaranan artistin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Vaqif Şərifov Xalq artisti və Prezidentin fərdi təqaüdçüsüdür.