9.7 C
Gence
9.7 C
Gence

Gəncədə reyd zamanı sürücülərin Covid-19 pasportu yoxlanılıb

Taksi və avtobus sürücülərinin koronavirus infeksiyasına qarşı ikinci doza ilə peyvənd olunmaları ilə bağlı reydlər keçirilib. Bu haqda Gencexeber.az 2 oktyabr tarixində “Kəpəz” televiziasına istinadən xəbər verir.

Şəhərin bir neçə yerində asayiş keşikçiləri qeyd olunan nəqliyyat vasitələrinin sürücülərinin vaksin pasportlarının olub-olmamasını yoxlayıblar. Əksər sürücülərin peyvənd olunduqları müşahidə edilib.

Covid-19 pasportu olmayan ictimai nəqliyyat sürücüləri məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, yoxlamalar Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən aparılıb.

Ən Çox Oxunan