Gəncədə yeniyetmə itkin düşüb. Bu haqda 14 iyul tarixində Report-a istinadən məlumat veririk.
Hadisə iyulun 11-də baş verib. 14 yaşlı Fətəlixan Saleh oğlu Məmmədov yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.