Gəncədə xəstəxanada baş verən yanğında ölən və xəsarət alanlar var. Bu haqda 26 aprel tarixində Report-a istinadən məlumat veririk.
Səhər saatlarında Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verməsi barədə məlumat vermişdik. Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır. İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə yarandığı müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 60 yaşlı Nazilə Məmmədova zəhərlənərək dünyasını dəyişib. Bundan başqa həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.