Gəncədə xəstəxanada yanğın olub. Bu haqda Gencexeber.az-a 26 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb. Dördüncü mərtəbədə yerləşən qəbul şöbəsində elektrik şiti alışıb. Pasiyentlər və tibbi personal dərhal təxliyə olunublar.
Əraziyə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Yanğın zamanı xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Alov söndürülüb, geniş əraziyə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.