top
Gəncənin ilk müsəlmanının məzarı: Comərd Qəssab türbəsi
17 avqust 2021, 15:44
- +

Gəncənin "ilk müsəlmanının" məzarı: Comərd Qəssab türbəsi

Comərd Qəssab türbəsi Gəncə şəhərində, Gəncə çayının sağ sahilində, "İmamzadə" Dini Kompleksindən 1500 metr aralıda, qədim Gəncə hasarının 1 km-də yerləşir.  Əfsanəyə görə, türbə insaflı bir qəssabın məzarı üzərində tikilmişdir. Bu gün Comərd Qəssab türbəsi yerli əhali tərəfindən müqəddəs məkan kimi ziyarət olunur.

Ehtimal olunur ki, türbə VII-IX-cu əsrlərdə inşa edilib, lakin bəzi tarixçilər bu binanı üslubuna görə XVII əsrə aid edirlər.

Comərd VIII-ci əsrdə Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satarmış. Tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırar, "İmam Əli eşqinə nə artıq alaram, nə əskik verərəm" deyərək, müştərinin istədiyi çəkidə əti kəsib verərmiş. Sonradan alıcı aldığı əti evdə tərəzi ilə çəkdikdə nə artıq, nə əskik olmadığını görüb heyrət edərmiş. Qəssaba hörmət əlaməti kimi sakinlər onun qəbri üstündə türbə ucaltmışdılar.

Yerli əhali arasında yayılan digər əfsanədə də vardır. Comərd Qəssab Hz. Əlinin hələ xəlifə olmadığı vaxtda Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir. Qayıdarkən Gəncənin ilk müsəlmanı kimi əhali arasında İslamı yayırdı. O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsində şəhidlik zirvəsinə ucalır. Comərd Qəssab türbəsi, sadə camaatdan (vergi verən təbəqədən) olan bir şəxsin qəbri üzərində ucaldılmış nadir abidələrdəndir.

Türbə qırmızı kərpicdən tikilmişdir. Plana görə, forması səkkizgüşəlidir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin divarlarında ox üzrə yerləşdirilmiş dörd giriş qapısı vardır. Türbənin qübbəsi də qırmızı kərpicdən hazırlanmışdır. Giriş şimal tərəfdə yerləşir və bir tağ ilə örtülmüşdür.

Türbə 30 sentyabr 1139-cu ildə Gəncədə baş verən zəlzələ zamanı tamamilə dağılmışdır və XIII əsrdə şəhər əhalisi tərəfindən yenidən bərpa edilmişdir. Tarixi abidə 1940-cı ildə arxeoloq İsxaq Cəfərzadə tərəfindən aparılan qazıntılar zamanı aşkar edilmişdir. XX əsrin 60-cı illərində türbə qismən dağıdılmışdır. Sonuncu dəfə 2004-cü ildə təmir edilmiş və orijinal formasına qaytarılmışdır.

[caption id="attachment_1142" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

 

[caption id="attachment_1139" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_1137" align="alignnone" width="200"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. К. М. Мамед-заде, Н. А Саркисов - Архитектурные Памятники Гянджи

  2. А. Бретаницкий, А. Саламзаде - Архитектура Городов СССР. Кировобад

  3. И. П. Щеблыкин - Памятники Зодчества эпохи Низами

  4. Ф. М. Мамедов - Гянджа

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:38

Yeni asfaltlanan Cavad Rəfibəyli küçəsinin sol halı

Bütün xəbərlər
Dünən, 16:09

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
Dünən, 13:09

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:51

Gəncədə LAQEYDLİK piyadaların həyatını RİSKƏ ATIR

Bütün xəbərlər
Dünən, 12:04

Gəncədə neçə pensiyaçı var?

Bütün xəbərlər
Dünən, 11:22

Sabiq deputatımız iş tapa bilmir

Bütün xəbərlər
Dünən, 10:39

FHN Gəncədə yanğın-taktiki təlim keçirdi

Bütün xəbərlər
Dünən, 10:06

Gəncədə növbəti təmizlik İŞLƏRİ

Bütün xəbərlər
Dünən, 09:26

Kamil Xasiyev Avstriyaya səfir təyin olundu

Gəncəbasar
29 iyul 2026, 18:05

TƏBİB doğuş qalmaqalına aydınlıq gətirdi - YENİLƏNİB

Bütün xəbərlər
29 iyul 2026, 17:43

Müəllim sirkə turşusundan zəhərlənərək vəfat edib

Bütün xəbərlər
29 iyul 2026, 17:21

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Bütün xəbərlər
29 iyul 2026, 16:47

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
29 iyul 2026, 15:45

Fermada yanğın olub

Bütün xəbərlər
29 iyul 2026, 15:32

"Kəpəz" könüllü axtarır

Bütün xəbərlər
29 iyul 2026, 14:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
29 iyul 2026, 14:04

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Bütün xəbərlər
29 iyul 2026, 13:00

Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI

Bütün xəbərlər
29 iyul 2026, 12:04

Canlı yayımda söyüş söyən "tiktoker"lər SAXLANILDI

Bütün xəbərlər
29 iyul 2026, 10:03

Təhsil idarəsi vakansiyalar elan edib

Bütün xəbərlər
29 iyul 2026, 09:20

Açıq havada ödənişsiz milli kino seansı keçiriləcək

Bütün xəbərlər
28 iyul 2026, 18:00

Gəncədə Azərbaycan dili üzrə ən yüksək nəticə göstərən məktəb

Bütün xəbərlər
28 iyul 2026, 16:52

Gəncədə sakinlər üfunətdən əziyyət çəkir: "Pəncərələri belə aça bilmirik"

Bütün xəbərlər
28 iyul 2026, 16:21

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Oxşar xəbərlər