top
Dünyada ən böyük parklardan biri: Gəncənin Heydər Əliyev Park-Kompleksi
27 yanvar 2022, 11:00
- +

Dünyada ən böyük parklardan biri: Gəncənin Heydər Əliyev Park-Kompleksi

Heydər Əliyev adına Park-Kompleksi Gəncə şəhərində, Yeni Gəncə yaşayış massivində yerləşir. Parkın bünövrəsi 21 yanvar 2012-ci ildə qoyulub, açılışı isə 21 yanvar 2014-cü ildə baş tutub. Bu park-kompleks dünyanın ən böyük beş parkından biridir.

Park-kompleksi 3 mart 1979-cu ildə Yeni Gəncə yaşayış massivində salınan Heydər Əliyev parkının əsasında yaradılıb. Həmin gün burada ilk ağac əkilərək xatirə parkı salınmışdır. 1980-ci ildə Heydər Əliyev parkda çinar ağacları əkmişdir və bu ağaclar indiyədək saxlanılıb.

Parkın uzunluğu 2 kilometrdən çoxdur, ərazisi isə 450 hektardır. Parkın girişində "Zəfər Tağı" yerləşir. Girişdən başlayan və mərkəzə qədər uzanan məsafədə 17 fəvvarə və 32 bəzəkli guşə var. Kompleksdə bir göl və amfiteatr yaradılıb. Bundan əlavə, kompleksdə kafe və velosiped kirayəsi məntəqəsi də fəaliyyət göstərir.

Parkda 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Burada ekzotik, yabanı meyvə ağacları var. Ərazidə Eldar şamı, Kreml şamı, kedra, maqnoliya və s. bitkilər yetişir. Həmçinin parkda çinar ağacının nadir növləri mövcuddur. Burada müxtəlif quş növləri, çöl dovşanı və dələyə rast gəlmək olur.

Kompleksin girişində "Zəfər Tağı" yerləşir. Heydər Əliyev Park-Kompleksində "Gənclər Evi" tikilib. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik mərkəzləri, studiyalar yaradılıb. Həmçinin park-kompleksdə Heydər Əliyev Mərkəzi də fəaliyyət göstərir.

Açıq havada "GəncLand" adlı istirahət və əyləncə mərkəzi inşa edilib. İstirahət mərkəzi ərazisində 20 müxtəlif attraksion quraşdırılıb. Həmçinin avtodrom və oyun meydançası da fəaliyyət göstərir.

[caption id="attachment_9052" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_9053" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_9054" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr: 


  1. http://heydaraliyevcenterganja.com/heyder_eliyev_park_kompleksi_haqqinda/218-heydr-lyev-adina-park-kompleks.html

  2. https://en.president.az/articles/10894

  3. http://www.ganjanews.az/2017/06/03/m%C9%99d%C9%99niyy%C9%99t/heyd%C9%99r-%C9%99liyev-park%C4%B1-d%C3%BCnyan%C4%B1n-%C9%99n-b%C3%B6y%C3%BCk-parklar%C4%B1ndan-biri-kimi…

  4. https://web.archive.org/web/20200223141956/http://www.ganja.az/az/m%C9%99d%C9%99niyy%C9%99t/parklar/330-heyd%C9%99r-%C9%99liyev-xatir%C9%99-park%C4%B1

  5. https://www.aznews.az/news/medeniyyet/121477.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı qatarı Kürdəmirdə də dayanacaq

Bütün xəbərlər
Bu gün, 10:07

Gəncədə ara məsafəni saxlamayan sürücü qəza törədib

Bütün xəbərlər
Bu gün, 09:35

Gəncədə qanunsuz inşa olunan tikili sökülüb

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə hazırlıq müəllimi 77 min manat qarşılığında…

Bütün xəbərlər
Dünən, 17:09

69 yaşlı qadının meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 16:24

ATU-da qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 15:45

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

Bütün xəbərlər
Dünən, 15:05

Gəncə sakinləri İNSAN ALVERİNƏ görə axtarılır

Bütün xəbərlər
Dünən, 14:26

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:48

"Gəncə Mall"un yanında sökülən binalar tarixi idi? – İDDİALARA CAVAB

Bütün xəbərlər
Dünən, 13:06

Bu uşaqlar peyvənd olunacaq

Bütün xəbərlər
Dünən, 12:30

1 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər
Dünən, 10:51

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə

Bütün xəbərlər
Dünən, 10:31

Gəncədə 57 yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Dünən, 10:12

Şəmkirdə kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:39

Gəncəli bəstəkarın vəfatından 45 il ötür…

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə bu dayanacaq üfunət saçır

Bütün xəbərlər
15 aprel 2026, 18:00

Təhsil idarəsinə TƏYİNAT

Bütün xəbərlər
15 aprel 2026, 17:03

Davulçu Aysel el şənliyində qolu gipsli iştirak edib

Bütün xəbərlər
15 aprel 2026, 16:30

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Bütün xəbərlər
15 aprel 2026, 16:07

Daha bir GƏNCƏLİ güləşçi Antalyada rəqib tanımadı

Bütün xəbərlər
15 aprel 2026, 15:25

Gəncədə qəzalı dam örtüyünün təmirinə başlanılıb

Bütün xəbərlər
15 aprel 2026, 14:50

Gəncədə çayxananın fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər
15 aprel 2026, 14:47

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Oxşar xəbərlər