Gəncədə iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, qəza şəhərin Fəttula Həsənov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün qarşıda gedən "Hyundai Accent" markalı minik maşını ilə ara məsafəsini gözləmədiyindən nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.