21.4 C
Gence
21.4 C
Gence

Gəncə Dövlət Universitetinin yataqxanasının açılışı olub

Gəncə Dövlət Universitetinin yataqxanasının açılışı olub. Bu haqda universitetin səhifəsində paylaşım edilib.

22 sentyabr tarixində Təhsil naziri Emin Əmrullayev tələbə yataqxana kompleksinin açılışında iştirak edib. Naziri kompleksin qarşısında rektor Yusif Yusibov qarşılayıb.

11.450 kv.m ərazisi olan yataqxana 744 tələbə üçün nəzərdə tutulub. Burada 3 yaşayış binası, 400 tələbənin eyni anda istifadə edə biləcəyi yeməkxana, basketbol meydançası, fontan, akt zalları, 4 qonaq otağı yerləşir. Kompleksdə 95 ədəd təhlükəsizlik kamerası quraşdırılıb.

Sonda həyətdə yerləşən istirahət meydançasında nazir və rektorun iştirakı ilə Gəncədən olan yüksək bal toplayan tələbələrlə görüş keçirilib.

Ən Çox Oxunan