12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə 3074 uşaq məktəbəhazırlıq qruplarında təhsil alır

Gəncədə 3074 uşaq məktəbəhazırlıq qruplarında təhsil alacaq. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində 5 oktyabr tarixində xəbər paylaşılıb.

Balacalar 2021-2022-ci tədris ilində qurumun tabeliyindəki 43 ümumi təhsil müəssisəsinin 163 məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçiblər.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Ən Çox Oxunan