19.1 C
Gence
19.1 C
Gence

Bu parkda oturmaq üçün cəmi iki skamya var

Gəncədə tanınmış dramaturqun büstü olan park baxımsız vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 24 mart tarixində məlumat daxil olub.

Sözügedən istirahət guşəsi Gəncə Dövlət Dram Teatrının keçmiş binasının yanında yerləşir. Burada sakinlərin asudə vaxtlarını keçirməsi üçün şərait yoxdur. Park ərazisində iki ədəd skamya qoyulub. Bundan başqa, istirahət guşəsində kiçik zibil qutuları belə mövcud deyil. Yaxınlıqda yaşayan sakinlər yaranan vəziyyətdən narazılıq bildirirlər.

“Hava isinəndə uşaqlarla çıxıb istirahət etmək, təmiz hava almaq istəyirik. Amma parkda oturacaq yer yoxdur. Uşaqların oynaması üçün şərait yaradılmayıb. Parkın abadlaşdırılmasını arzu edirik”, – deyə sakinlər qeyd ediblər.

Ən Çox Oxunan