Bank of Baku Gəncə filialı üzrə vakansiya elan edib. Problemli kreditlər üzrə ekspert tələb olunur.
Namizədlərdən ali iqtisadi təhsil, problemli borclar, əhali/müştəri ilə iş sahəsində minimum 1 il iş təcrübəsi, səlis nitq qabiliyyəti, əla səviyyədə azərbaycan dili bilikləri, MS Office proqramlarında işləmə bacarığı, fəallıq və stressə davamlılıq tələb olunur.
İş öhdəlikləri:
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
Tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində mövzu hissəsində “PKD Gəncə” yazmağla [email protected] elektron poçtuna göndərə bilərlər.