12.5 C
Gence
10.5 C
Ganja

7 saylı məktəbin qarşısı zibilliyə çevrilib

Gəncənin 7 saylı orta məktəbinin qarşısı zibilliyə çevrilib. Bu haqda Gencexeber.az-a 11 avqust tarixində məlumat daxil olub.

Sözügedən vəziyyət 5-ci mikrorayon ərazisində yerləşən 7 saylı tam orta məktəbin önündə müşahidə olunur. Ətraf binalarda yaşayan sakinlər tullantıları yeşiklərə və onların ətrafına atırlar. Müəyyən qurumun əməkdaşları isə yalnız zibil qutularında olan tullantıları götürürlər. Nəticədə xoşagəlməz mənzərə, qoxu və antisanitar vəziyyət yaranır.

Oxşar hadisə Ruhulla Axundov küçəsində də müşahidə olunurdu.

7 saylı məktəbin qarşısı zibilliyə çevrilib
Foto Gencexeber.az

Ən Çox Oxunan