Ruhulla Axundov küçəsində zibil yeşiklərinin ətrafı təmizlənmir. Bu haqda bu gün, 9 avqust tarixində Gencexeber.az-a məlumat daxil olub.
Belə ki, sakinlər küçədə həm zibil yeşiyinə, həm də ətrafına zibil yığırlar. Kommunal işçilər isə yalnız yeşikdəkiləri boşaldaraq götürür, ətrafı təmizləmirlər. Ətrafdakı tullantılar isə günlərlə küçədə qalır. Bu səbəbdən də ətrafda qoxu və antisanitariya hökm sürür.