top
Berlində məşhurlaşmış gəncəli alim Mirzə Məşədi Hacızadə
05 yanvar 2023, 16:00
- +

Berlində məşhurlaşmış gəncəli alim Mirzə Məşədi Hacızadə

Mirzə Məşədi Yusif oğlu Hacızadə 1897-ci ildə Gəncədə anadan olub. O, “Göygöl” təxəllüsü ilə də tanınıb.

O, ilk təhsilini mədrəsədə alıb, 1906-cı ildən o zamankı Yelizavetpol kişi gimnaziyasında, 1915-ci ildən isə Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxuyub. Hacızadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. O, əvvəl İtaliyaya, sonra isə təhsilini davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.

Təhsilini başa vurduqdan sonra Hacızadə artıq sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdir. Bu illərdə Hacızadə Azərbaycana qayıtmağa yenidən cəhd etsə də, bu baş tutmamışdır.

Hacızadə bir müddət Almaniyada seleksiyaçı (yeni heyvan və bitki növləri yetişdirmə mütəxəssisi) alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuşdur. Buranın vətəndaşlığını qəbul edən Mirzə 1933-cü ildə “Göygöl” təxəllüsünü götürür. O, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmiş, ali məktəblərdə dərs demişdir. Hacızadə İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuşdur. Alim Məhəmməd Əmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirmişdir.

Hacızadənin ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunmuşdur. Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan mədəniyyət xadimləri dəfələrlə onun qonağı olmuşdur. Hacızadə Niyazinin dəvəti ilə 1969-cu ildə Bakıya gəlmiş, respublika alimləri qarşısında mühazirələr oxumuşdur. Lakin onun bütün cəhdlərinə baxmayaraq, alimin Gəncəyə getməsinə, qohumlarının qəbrini ziyarət etməsinə icazə verilməmişdir.

Mirzə Məşədi Hacızadə 21 aprel 1981-ci (1980) ildə İstanbul şəhərində vəfat edib və Zincirliquyu məzarlığında dəfn olunub.

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild. Bakı-2004.

  2. Mərdanov M. Tahirzadə Ə. 1920-ci ilədək Ali məktəblərdə oxumuş azərbaycanlılar. III cild. Bakı-2019.

  3. http://www.anl.az/down/meqale/kaspi_az/2020/aprel/709443.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:23

Bölgəmizdə 90 yaşından yuxarı 1126 nəfər var

Bütün xəbərlər
Bu gün, 17:46

Dram Teatrı yubiley mövsümünün açılışını edir

Bütün xəbərlər
Bu gün, 17:07

İri müəssisəyə işçilər tələb olunur

Bütün xəbərlər
Bu gün, 16:26

Gəncədə bu hotel yenidən fəaliyyətə başladı

Bütün xəbərlər
Bu gün, 15:47

Gəncədə 9 it azyaşlıya hücum etdi - ANA FƏRYAD EDİR

Bütün xəbərlər
Bu gün, 15:03

Sinif yoldaşını qətlə yetirən yeniyetməyə 7 il 6 ay həbs verildi

Bütün xəbərlər
Bu gün, 14:23

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:47

GDU tələbələri ikili diplom proqramı üzrə təhsillərini başa vurublar

Bütün xəbərlər
Bu gün, 12:46

Tovuzda 55 yaşlı kişinin meyiti tapılıb

Bütün xəbərlər
Bu gün, 12:33

"Səhər İdmanı" layihəsi davam edir

Bütün xəbərlər
Bu gün, 11:59

ADAU tələbələri Yay Təcrübə Proqramında uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 11:12

17 yaşlı oğlanın meyiti tapılıb

Bütün xəbərlər
Bu gün, 11:03

AQTA Gəncədə restoranlarda monitorinqlər keçirir

Bütün xəbərlər
Bu gün, 10:28

Gəncədə kişi mağazadan 3 blok siqaret oğurladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə dələduzluq edən qadınla bağlı qərar

Bütün xəbərlər
Bu gün, 09:17

Müəllimlərin nəzərinə: Əməkhaqqı artımı üçün həlledici mərhələ başlayır

Bütün xəbərlər
Bu gün, 08:37

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Bütün xəbərlər
Dünən, 17:34

Komaya düşərək ölən gəncəli tələbənin xatirəsi yad edildi

Bütün xəbərlər
Dünən, 16:53

Gəncədə "CityCard"ların satışına başlanılıb

Bütün xəbərlər
Dünən, 16:08

ADAU-nun iki məzunu Dövlət Proqramının qalibi olub

Bütün xəbərlər
Dünən, 15:25

Gəncədə məhkəmənin həyətində dava düşdü, zərərçəkmiş qadın döyüldü

Bütün xəbərlər
Dünən, 14:38

Niyazi Bayramov 1500 manatlıq ayaqqabıda idman etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:35

Gəncədə məktəb qarşısındakı TƏHLÜKƏ ARTIQ YOXDUR

Oxşar xəbərlər