top
Gəncənin Abbasabad adlandırılması haqqında hekayə
16 avqust 2025, 17:00
- ↺ +

Gəncənin Abbasabad adlandırılması haqqında hekayə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncənin Abbasabad adlandırılması haqqında “Güvəncin nağılları” kitabında bir hekayə var.

Gencexeber.az hekayəni sizə təqdim edir:

Günlərin bir günü Şah Abbas sarayında bir səyyahla söhbət edirdi.

Onlar xeyli danışandan sonra səyyahdan soruşdu:

– De görüm, dünyada Mazandarandan gözəl şəhər varmı?

Səyyah dedi:

– Şah sağ olsun, var.

Şah Abbas soruşdu:

– O hansı şəhərdi elə?

Səyyah dedi:

– Şah sağ olsun, Gəncə. Nə Günbatanda, nə Gündoğanda elə gözəl şəhər görməmişəm.

Səhəri gün Şah Abbas bunu yoxlamaq üçün Gəncəyə bir elçi yolladı və dedi: “Səyyahın tərifinə dəyər, ya yox?”

Qasid bir həftədən sonra qayıdıb gəldi.

Şah Abbas dedi:

– Nə görmüsən, danış.

Qasid dedi:

– Şah sağ olsun, Gəncə elə bir cənnətməkandı ki, baxanda adamın gözü qamaşır. Sizə layiq şəhərdi.

Şah Abbas fikrə getdi. Neyləsin-neyləməsin? Axırda göstəriş verdi və qoşun hazır oldu. Say-seçmə əsgərlərlə Gəncəyə yollandı. Şəhəri mühasirəyə aldı və xəbər göndərdi ki, təslim olun.

Amma elçiyə verilən cavab sərt oldu:

– Gəncə heç vaxt təslim olmaz! Şaha deyin ki, bizim dəmirçilərin düzəltdikləri qılınclar çox iti olur.

Şah Abbas bu xəbəri eşidən kimi əmr verdi ki, şəhərə hücum etsinlər. Gəncəlilər düz 40 gün, 40 gecə döyüşdülər. Evlər, bağlar xarabaya döndü. Amma Şah Abbas gördü ki, Gəncə səyyahın dediyi kimi, Mazandarandan gözəldi.

Şəhəri ələ keçirən Şah Abbas əmr edir ki, şəhərin adını dəyişdirib Abbasabad qoysunlar və “Gəncə” deyənin dilini kəssinlər. Lakin heç bir gəncəli, dili kəsilsə də, Gəncəyə Abbasabad demədi. Bunu görən Şah Abbas əmr etdi ki, xeyli aralıda, indiki Gəncənin yerində təzə şəhər salınsın, adı da Abbasabad olsun.

Təzə şəhər salındı, lakin xalq ona yenə də Abbasabad yox, Gəncə dedi. Aradan illər keçdi, yerli əhali yadelli işğalçılardan şəhəri azad etdi.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
25 noyabr 2026, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Oxşar xəbərlər