top
Gəncənin ilk rus-tatar məktəbinin yaranma tarixi
14 sentyabr 2025, 11:49
- +

Gəncənin ilk rus-tatar məktəbinin yaranma tarixi

Rus-tatar (Azərbaycan) məktəbi Gəncənin Bağmanlar yaşayış sahəsinin qədim İmamlı məhəlləsində yerləşirdi. Məktəb 23 aprel 1898-ci ildə yerli əhalinin topladığı vəsait hesabına açılıb.
Gəncənin ilk rus-tatar məktəbinin məhz Bağmanlarda açılmasının səbəbi var idi. Həmin dövrdə bu ərazidə oğurluq, qətl hadisələri və digər cinayətlər çox olurdu. Bağmanlarda hətta polislərə sui-qəsd cəhdləri də olurdu. Bu səbəbdən şəhərin polismeystri V.A.Popov burada cinayət və oğurluq hallarının azalması üçün sakinlərin savadlı olmasını çıxış yolu kimi görür.
Popov ianələr toplamağa başlayır. Bir qədər pul topladıqdan sonra o, məktəb üçün bina inşa etdirmək qərarına gəlir. Popov binanın tikintisinə pul almaq üçün neft milyonçusu Hacı Zeynalabdin Tağıyevə və Bakı şəhər dumasının üzvü Bala bəy Orucəlibəyova müraciət edir. Onlar birlikdə 4000 rubl ianə bağışlayırlar.
Məktəbin açılışında şəhər qubernatoru general-mayor İ.P.Kireyev, bütün idarələrin rəhbərləri, məmurlar və əsasən, Gəncənin müsəlman əhalisi var idi. Kireyev burada çıxış edir. O, bağmanlılara üz tutaraq, burada məktəb açılmasından məmnun olduğunu bildirir. Qubernator hər cür cinayət yuvası olan Bağmanların savadlı insanların çoxalması ilə dinc yaşayış məskəninə çevriləcəyini deyir.
Rus-tatar məktəbinin fəaliyyəti 20 şagirdlə başlayır. 1902-ci ildə burada 60-dan çox şagird təhsil alırdı. Lakin bağmanlılar məktəbə güvənmədikləri üçün uşaqlarını oraya buraxmırdılar. Daha sonra bu vəziyyət düzəlir.
Təhsil müəssisəsinə Azərbaycan dili və şəriət müəllimi kimi Mirzə Abbas Abbaszadə təyin edilmişdi. Həmçinin məktəbdə ictimai xadim Hacı Kərim Sanılı dərs deyib.
Çar hakimiyyəti dövründə açılan təhsil müəssisəsinin binası Əlövsət Məmmədov küçəsi, 16-da yerləşir və hazırda burada 4 saylı Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər