Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) iki məzunu Dövlət Proqramının qalibi olub.
Gencexeber.az bildirir ki, ADAU–EGE beynəlxalq ikili diplom proqramının "Aqronomluq" ixtisası üzrə məzunu Əli Məmmədov Türkiyənin Ege Universitetində magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Bundan əlavə, Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqronomluq" ixtisasının rus dili bölməsi üzrə məzunu Əli Abbasov Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Universitetində "Aqrar menecment" ixtisası üzrə magistratura təhsili alacaq.