top
Şəmkirli generala şabalıd baha başa gəldi
05 noyabr 2025, 10:13
- +

Şəmkirli generala şabalıd baha başa gəldi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov elə xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

Qafqazinfo.аz xəbər verir ki, bununla bağlı faktlar onun barəsindəki istintaq materiallarında yer alıb.

General hazırda şikayətçi olduğu Ayaz Bayramovla şabalıd biznesinə görə sövdələşib. Ayaz elə onunla eyni nazirlikdə işləyib, "kapitan" rütbəsi ilə xidmət edib.

İş materiallarından görünür ki, Raul Zeynalov kapitana böyük məbləğdə sərmayə ayırmaqla ölkədə şabalıd biznesinin başına keçməyi planlaşdırıb. Onların ilk söhbəti də elə bu mövzuda başlayıb. Kapitan generalı inandırıb ki, özü Qəbələdə böyüyüb və rayonda şabalıd, qoz-fındıq alveri ilə bağlı yaxşı təcrübə toplayıb. Bayramov generala vəd verib ki, onun buraxdığı pullarla Qəbələdən Bakıya tonlarla şabalıd gətirəcək və satış sonrası yaxşı gəlir əldə edəcəklər. O, Bakıda şabalıd biznesini ələ keçirmək üçün 3 milyon, bütün Azərbaycanda bu işə hakim olmaq üçün isə 4-5 milyon manat lazım olduğunu deyib. Bu sözlər generalı daha da şirnikləndirib, o, biznesə pul buraxmağa razılıq verib.

Epizodların birində qeyd olunur ki, R.Zeynalov nazirlikdəki xidməti otağında Ayaza bir neçə dəfə pul verib. Biznesin yavaş-yavaş irəli getdiyini düşündükdə isə hətta qohumlarından da borc alaraq şabalıd alverinə ayırıb.

Lakin general istintaqda, ümumiyyətlə, Ayaz Bayramovun şabalıd alveri etməsindən xəbərsiz olduğunu, onun sadəcə "WhatsApp"da Bakıya daşınan məhsulun şəkillərini atdığını deyib.

Gələcəkdə məhkəmənin araşdıracağı əsas məsələlərdən biri də məhz bu olacaq. Çünki Zeynalov şabalıdın necə alınıb-satıldığını görmədiyini iddia etsə də, uzun müddət bu biznesin davam etməsinə pul xərcləyib. Bu ziddiyyətli məsələnin araşdırılması müdafiə tərəfinin də xüsusi marağındadır.

Cinayət işində belə bir maraqlı epizod da var ki, general Zeynalov nağd pulu olmadığı vaxtlarda biznesin axsamaması üçün yaxınlarının adına rəsmiləşdirdiyi "Lexus", BMW və "Chevrolet" markalı avtomobilləri də girov qoyaraq pul götürməsi üçün Ayaz Bayramovun adına keçirib.

Amma hazırda həbsdə olan kapitan Ayaz Bayramov generalın dediklərini qətiyyən qəbul etmir.

İttiham aktındakı tarixlərdən görünür ki, 2024-cü ilin sonlarına kimi generalla kapitanın əlaqələri davam edib. Elə həmin ərəfələrdə də o, FHN-dəki vəzifəsindən azad edilərək ehtiyata göndərilib. Bu qərarın verilməsi də generalın başının şabalıd biznesinin inkişaf etməsinə qarışması ilə əlaqələndirilir. Çünki onunla birlikdə başqa bir neçə zabit də nazirlikdəki işini itirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsindədir. Hakim Zaur Hacıyevin sədrlik etdiyi növbəti prosesdə Raul Zeynalovun da ifadə verəcəyi gözlənilir. Generalla kapitanın üzləşməsi indidən maraq doğurur.

Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş qismində tanınıb. Ayaz Bayramov 3 milyon manat ələ keçirməklə xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Xatırladaq ki, Raul Zeynalov 1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə kino günləri başlayıb

Bütün xəbərlər
Dünən, 17:38

Gəncədə sürücülər üçün təhlükə

Bütün xəbərlər
Dünən, 17:15

Gəncədə ağacəkmə aksiyası keçirilir

Bütün xəbərlər
Dünən, 16:36

Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 15:48

Çay evinə apardığı sevgilisini yolda öldürmək istədi - Goranboyda dəhşət

Bütün xəbərlər
Dünən, 15:15

Qəzada ölən Goranboy sakini narkotik daşıyırmış

Bütün xəbərlər
Dünən, 14:38

Türkiyənin tanınmış alimi xəstəxanaya yerləşdirilib

Bütün xəbərlər
Dünən, 13:44

Qadının üzərinə benzin tökərək yandıran vəzifəli şəxsin oğluna hökm oxunub

Bütün xəbərlər
Dünən, 13:08

Attestasiya həyəcanı tanınmış GƏNCƏLİ müəllimin həyatına son qoydu

Bütün xəbərlər
Dünən, 12:27

Gəncəli aktyor: "Təəssüf ki, Dəmiryolçular parkı təmir olunmayıb"

Bütün xəbərlər
Dünən, 11:47

Rəqsanə İsmayılovanın Gəncədə konserti baş tutacaq

Bütün xəbərlər
Dünən, 11:00

Gəncəçay təmizlənilib

Bütün xəbərlər
Dünən, 09:56

Gəncəli aktrisa mükafata layiq görülüb

Bütün xəbərlər
Dünən, 08:49

Gəncədə narkokuryer 1 milyon 600 min manatlıq heroinlə tutuldu

Bütün xəbərlər
10 mart 2026, 18:00

Gəncə şəhərinin Baş planı təsdiqlənib

Bütün xəbərlər
10 mart 2026, 17:14

Gəncədə küləkdən zərər çəkmiş bağçanın damı təmir ediləcək

Bütün xəbərlər
10 mart 2026, 16:05

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Bütün xəbərlər
10 mart 2026, 15:34

Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV EDİLƏCƏK?

Bütün xəbərlər
10 mart 2026, 14:54

Təcili tibbi yardım maşını "VAZ-21011"lə toqquşub

Bütün xəbərlər
10 mart 2026, 14:39

Rus hökmranlığını hədəfə alan Gəncə müqaviləsi – 291 il

Bütün xəbərlər
10 mart 2026, 13:59

Vəzifəli şəxs qəfil vəfat edib

Bütün xəbərlər
10 mart 2026, 13:00

Müğənni Rəqsanənin ev dustaqlığı müddəti uzadıldı

Bütün xəbərlər
10 mart 2026, 12:23

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 mart 2026, 11:40

Gəncədə 69 yaşlı kişini maşın vurub

Oxşar xəbərlər