top
Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT
11 mart 2026, 16:36
- ↺ +

Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini güllələməkdə təqsirləndirilən Babək Bayramlı və qardaşı Bahəddin Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.аz xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Bahəddin Bayramlının cinayəti sübuta yetirilmədiyi üçün ona bəraət verilib və məhkəmə zalından azad olunub. Hökmə görə, Babək Bayramlı hadisədə təqsirli bilinərək üç il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində baş verib. Kənd sakin Zabil Aslanov odlu silahdan açılmış atəşlə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Araşdırmalarla məlum olub ki, Z.Aslanov həmyerliləri Bahəddin və Babək Bayramlı qardaşları ilə mübahisə edib və mübahisə zamanı güllə xəsarəti alıb.

Müəyyən edilib ki, Babək Bayramlı 2021-ci ildə quldurluqda təqsirləndirilərək həbs edilib. Ona 2022-ci ildə elan olunan Amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad olunub.

2022-ci ildə Z.Aslanov aralarında yaranmış mübahisə nəticəsində Babək və Bahəddinin atasını döyüb. Həmin vaxtdan iki ailə arasında münaqişə yaranıb. Hadisədən iki il sonra Bahəddin və Babək idarə etdikləri avtomobillə hərəkətdə olarkən küçədə Zabili görüblər və aralarında yenidən mübahisə başlayıb. Mübahisə nəticəsində Babək avtomobilində gəzdirdiyi AKM markalı avtomatla Zabilə atəş açıb. Hadisə nəticəsində Zabil qolundan və ayağından xəsarət alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Bahəddin və Babək Bayramlı qardaşları saxlanılıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Bu gün, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Bu gün, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Bu gün, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Bu gün, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Oxşar xəbərlər