top
5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü
05 noyabr 2025, 00:01
- +

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bu gün tarixə haqq savaşımızın 40-cı günü kimi daxil olub.

Gencexeber.az 5 noyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:

•  Döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Cəbhənin bəzi sahələrində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
•  Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
•  5 noyabr 2020-ci ildə bölmələrimiz Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Mərzə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib.
•  Azərbaycan Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
•  Cəbhənin Tərtər istiqamətində düşmənin hərbi infrastrukturuna ciddi zərbələr endirilib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndindəki 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya atəşi ilə dağıdılıb.
•  Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət kimi bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.
•  Ermənistan ordusunun 41-ci artilleriya alayının batareyası və hərbi kolonu məhv edilib.
•  Düşmənin dinc əhaliyə qarşı təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
•  Ermənistan ordusu Goranboy rayonunun Meşəli kəndinə "Smerç" raketi atıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə son 9 aya 76,3 milyon sərnişin daşınıb

Bütün xəbərlər
Bu gün, 17:16

Gəncəli cüdoçu VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Bütün xəbərlər
Bu gün, 16:29

Gəncə küçələri üçrəngli bayrağımıza bürünüb

Bütün xəbərlər
Bu gün, 15:56

"Meydana çıxanda ayağımı sanki yenidən qazanmış kimi oluram" - Qazaxlı Fərhad Eyyubovla MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 13:03

Gəncə şəhidləri ziyarət edilib

Bütün xəbərlər
Bu gün, 12:20

Bakıda Zəfər muzeyinin açılışı olub

Bütün xəbərlər
Bu gün, 12:15

Şəhidlərin xatirəsinə ehtiram

Bütün xəbərlər
Bu gün, 11:19

Azərbaycan Basketbol Liqası: "Gəncə" və NTD üz-üzə gəlir

Bütün xəbərlər
Bu gün, 10:30

Gəncədə abadlıq işləri görən işçilərə maaşları verilməyib – İDDİA

Bütün xəbərlər
Bu gün, 09:44

Gəncəli idmançılar: "8 Noyabr – Zəfər Günümüz mübarək!"

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Şuşanın azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 21:10

İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 18:00

Kiberpolisdən ƏMƏLİYYAT: Gəncəli tiktoker saxlanıldı

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə beynəlxalq güləş turniri keçirilib

Bütün xəbərlər
Dünən, 16:41

Geomaqnit qasırğası müşahidə olunur

Bütün xəbərlər
Dünən, 15:53

Gəncədə binanın üzərinə aşa biləcək iri ağac budandı

Bütün xəbərlər
Dünən, 15:19

Azərbaycan dilinin yeni lüğətləri hazırlanır

Bütün xəbərlər
Dünən, 14:46

Bu il onlara 206 mindən çox tibbi xidmət göstərilib

Bütün xəbərlər
Dünən, 14:08

200-dən çox vətəndaş yağış sularına möhtac qalıb - BİABIRÇILIQ

Bütün xəbərlər
Dünən, 13:33

Küçədən kişi meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 13:00

Gəncədə ulduzlarla dolu möhtəşəm konsert olacaq

Bütün xəbərlər
Dünən, 12:33

Zəfər Gününün hava proqnozu

Bütün xəbərlər
Dünən, 12:02

"Daşkəsən Dəmir Filiz" 350 mini hara xərcləyəcək?

Oxşar xəbərlər