top
Gənc qız burun əməliyyatı zamanı komaya düşüb
Foto
04 noyabr 2025, 17:28
- +

Gənc qız burun əməliyyatı zamanı komaya düşüb

Şəmkirli qız Bakıda burun əməliyyatı zamanı komaya düşüb.

Gencexeber.az-a bu barədə əslən Şəmkir rayonundan olan zərərçəkmişin bacısı İlhamə Budaqlı məlumat verib.

Onun sözlərinə görə, bacısı Nigar Budaqlı 30 aprel 2025-ci ildə adıçəkilən klinikada burun nahiyəsindən cərrahi plastik əməliyyat olunub:

"Bacımı ilk dəfə ötən ilin avqustun 15-də "MedAura" klinikasında Yaqub Əsədi əməliyyat edib. Təəssüf ki, həmin əməliyyat uğursuz alındı. Daha sonra 2025-ci ilin 30 aprelində, birinci əməliyyatda yaranan səhvləri düzəltmək məqsədi ilə ikinci əməliyyata alındı. Bu əməliyyat da estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva tərəfindən aparıldı. Bu əməliyyat zamanı səhlənkarlıq nəticəsində bacım komaya düşdü və artıq 6 aydır bu vəziyyətdədir. Biz ədalətin bərpa olunmasını, məsul şəxslərin əməllərinin araşdırılmasını və məsələyə ictimai diqqət yetirilməsini xahiş edirik".

Məsələ ilə bağlı estetik cərrah Yaqub Əsədi ilə əlaqə saxladıq. Adıçəkilən həkim ölkə xaricində olduğu üçün zəngimizi oğlu cavablandırdı. İddialarla bağlı həkimin oğlu qeyd etdi ki, əməliyyat zaman anestezioloq səhlənkarlıq edib:

"Atam ölkə xaricindədir. Səsləndirilən iddialarla bağlı onu deyə bilərəm ki, əməliyyat zamanı atam heç bir nöqsan etməyib. Səhlənkarlıq anestezioloq Cəmilə Əliyeva tərəfindən edilib".

Anestezioloq Cəmilə Əliyeva ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavablamadı. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə kino günləri başlayıb

Bütün xəbərlər
Dünən, 17:38

Gəncədə sürücülər üçün təhlükə

Bütün xəbərlər
Dünən, 17:15

Gəncədə ağacəkmə aksiyası keçirilir

Bütün xəbərlər
Dünən, 16:36

Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 15:48

Çay evinə apardığı sevgilisini yolda öldürmək istədi - Goranboyda dəhşət

Bütün xəbərlər
Dünən, 15:15

Qəzada ölən Goranboy sakini narkotik daşıyırmış

Bütün xəbərlər
Dünən, 14:38

Türkiyənin tanınmış alimi xəstəxanaya yerləşdirilib

Bütün xəbərlər
Dünən, 13:44

Qadının üzərinə benzin tökərək yandıran vəzifəli şəxsin oğluna hökm oxunub

Bütün xəbərlər
Dünən, 13:08

Attestasiya həyəcanı tanınmış GƏNCƏLİ müəllimin həyatına son qoydu

Bütün xəbərlər
Dünən, 12:27

Gəncəli aktyor: "Təəssüf ki, Dəmiryolçular parkı təmir olunmayıb"

Bütün xəbərlər
Dünən, 11:47

Rəqsanə İsmayılovanın Gəncədə konserti baş tutacaq

Bütün xəbərlər
Dünən, 11:00

Gəncəçay təmizlənilib

Bütün xəbərlər
Dünən, 09:56

Gəncəli aktrisa mükafata layiq görülüb

Bütün xəbərlər
Dünən, 08:49

Gəncədə narkokuryer 1 milyon 600 min manatlıq heroinlə tutuldu

Bütün xəbərlər
10 mart 2026, 18:00

Gəncə şəhərinin Baş planı təsdiqlənib

Bütün xəbərlər
10 mart 2026, 17:14

Gəncədə küləkdən zərər çəkmiş bağçanın damı təmir ediləcək

Bütün xəbərlər
10 mart 2026, 16:05

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Bütün xəbərlər
10 mart 2026, 15:34

Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV EDİLƏCƏK?

Bütün xəbərlər
10 mart 2026, 14:54

Təcili tibbi yardım maşını "VAZ-21011"lə toqquşub

Bütün xəbərlər
10 mart 2026, 14:39

Rus hökmranlığını hədəfə alan Gəncə müqaviləsi – 291 il

Bütün xəbərlər
10 mart 2026, 13:59

Vəzifəli şəxs qəfil vəfat edib

Bütün xəbərlər
10 mart 2026, 13:00

Müğənni Rəqsanənin ev dustaqlığı müddəti uzadıldı

Bütün xəbərlər
10 mart 2026, 12:23

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 mart 2026, 11:40

Gəncədə 69 yaşlı kişini maşın vurub

Oxşar xəbərlər