Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Xəyal Qasımzadə Bakıda keçirilən Qol güləşi üzrə dünya çempionatında böyük uğura imza atıb.
Gencexeber.az bildirir ki, paralimpiya kateqoriyasında mübarizə aparan X.Qasımzadə sol qolda dünya çempionu, sağ qolda isə dünya üçüncüsü olub.
Qeyd edək ki, Xəyal ADAU-nun "Mühasibat uçotu" ixtisası üzrə qiyabi təhsil alan V kurs tələbəsidir.