top
Gencexeber.az-dan çağırış!
16 mart 2026, 14:10
- ↺ +

Gencexeber.az-dan çağırış!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əziz gəncəlilər, eləcə də Göygöl, Samux, Goranboy, Daşkəsən, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Ağstafa, Mingəçevir, Yevlax və bütün Gəncəbasarın digər şəhər, qəsəbə və kəndlərinin sakinləri!

Təəssüf ki, dünən səhər regionumuzun ən populyar xəbər "Instagram" səhifəsi, eyni zamanda ölkənin ən populyar xəbər səhifələrindən biri olan səhifəmizin sosial şəbəkənin özü tərəfindən bloklandığını aşkar etdik. Səhifə müəyyən qüvvə və şəxslərin şikayətləri əsasında bloklanıb. Görünür, həmin qüvvə və şəxslər Gencexeber.az saytının regionumuzun problemlərini işıqlandırmasını, onların həllini tələb etməsini, qürur duyduğumuz insanları və bölgəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri tanıtmasını, ümumilikdə isə hər gün operativ şəkildə region sakinlərinə ən son xəbərləri çatdırmasını istəmirlər.

Bəli, hazırda biz 140 minə yaxın izləyicisi olan və aylıq baxış sayı on milyonlarla ölçülən səhifəmizi bərpa etmək üçün əlimizdən gələni edirik. Lakin obyektiv olaraq anlayırıq ki, bu döyüşü uduza da bilərik. Döyüşü, amma müharibəni yox. Buna görə də biz operativ şəkildə yeni səhifə açmışıq - 
https://www.instagram.com/gencexeberaz

Hər birinizdən xahiş edirik ki, bu səhifəyə abunə olasınız, həmçinin qohumlarınıza, dostlarınıza, yaxınlarınıza – bir sözlə, mümkün olan hər kəsə bu səhifəyə abunə olmağı tövsiyə edəsiniz. İstəyirik ki, bu xəbəri paylaşasınız və bu gün bütün Gəncəbasar bizim ətrafımızda birləşərək yeni səhifəmizin ən qısa zamanda ən azı əvvəlki səhifəmiz qədər izləyici toplamasına kömək etsin.

Əgər əvvəlki "Instagram" səhifəmizi də bərpa etməyə nail olsaq, gələcəkdə, təbii ki, hər iki səhifəmiz fəaliyyət göstərəcək.

Biz istəyirik ki, siz biləsiniz və unutmayasınız: biz sizin üçün və sizə görə çalışırıq!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycan mediasını ölkə daxilində baş verən hadisələri fəal şəkildə işıqlandırmağa, daxili gündəmi formalaşdırmağa, cəmiyyətin və ölkənin milli maraqları naminə fəaliyyət göstərməyə çağırıb. Gencexeber.az hər zaman məhz bu prinsipləri rəhbər tutub, bu gün də həmin prinsiplərlə fəaliyyət göstərir və bundan sonra da onları rəhbər tutacaq. Əgər kimsə belə üsullarla bizi zəiflədəcəyini və ya ölkəmizin Ali Baş Komandanının çağırışlarına qarşı çıxmağa məcbur edəcəyini düşünürsə, o, ciddi şəkildə yanılır!

Bir daha bütün oxucularımızdan və Gəncəbasar sakinlərindən xahiş edirik ki, aşağıdakı linkə keçid edərək səhifəmizə abunə olun:
https://www.instagram.com/gencexeberaz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Oxşar xəbərlər