top
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
16 mart 2026, 14:00
- +

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilib.

Gencexeber.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə istinadən məlumat verir ki, həmin Qanunla Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik olunub.

Artıq bu dəyişikliklər "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da öz əksini tapıb.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Bu gün, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Bu gün, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Bu gün, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Bu gün, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər