Gəncədəki Fikrət Əmirov Parkında təmir olunan uşaq əyləncə guşəsində qısa müddət ərzində bəzi atraksionlar sıradan çıxıb.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, parkda quraşdırılan atraksionlarlar aylar öncə naməlum şəxs və ya şəxslər tərəfindən xarab edilib. İstirahət güşəsinin ötən ilin ikinci yarısında yenilənməsinə baxmayaraq, artıq yararsız hala düşüb.
Atraksionu tutan qalın dəmir tros sıradan çıxıb. Bundan başqa digər atraksionun boltları çıxarılaraq istifadə edilməz hala gətirilib.