"BakuBus" MMC-nin Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq şirkətin istismarına verilən şəhərətrafı G1 və G2 müntəzəm marşrut xətləri üzrə dayanacaq məntəqələrinin siyahısı və hərəkət sxemi ictimaiyyətə təqdim olunub.
Gencexeber.az-a adıçəkilən sərnişindaşıma şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, G1 marşrut xətti üzrə avtobuslar Göygöl Şəhər Xəstəxanası - Nəriman Nərimanov küçəsi (Parkın ətrafı) istiqamətində və əksinə hərəkət edir.
G2 marşrut xətti üzrə isə avtobuslar Göygöl Avtostansiyası - Nəriman Nərimanov küçəsi (Parkın ətrafı) istiqamətində və əksinə hərəkət edir.
Hərəkət sxemi təqdim etdiyimiz fotolarda əks olunub.