top
Azərbaycanın ilk təhsil naziri: Gəncəli Nəsib bəy Yusifbəyli
05 iyul 2025, 15:38
- +

Azərbaycanın ilk təhsil naziri: Gəncəli Nəsib bəy Yusifbəyli

 

Bu gün Azərbaycanın görkəmli siyasi və ictimai xadimi Nəsib bəy Yusifbəylinin dünyaya göz açdığı güdür.

Gencexeber.az məlumat verir ki, Nəsib bəy Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıb. Daha sonra Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub.

Nəsib bəy çar hökuməti tərəfindən təqiblərə məruz qaldığından, 1906-cı ildə Krımın Bağçasaray şəhərinə gedib. O, türk dünyasının ictimai-siyasi xadimi İsmayıl bəy Qaspıralının redaktoru olduğu “Tərcüman” qəzetində işləməyə başlayıb.

1908-ci ildə Türkiyənin İstanbul şəhərinə yollanıb, “türk dərnəyi” adlı cəmiyyətə üzv olub. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdıb və “Mədrəseyi-ruhaniyyə” məktəbində müəllim işləməyə başlayıb. Yusifbəyli Gəncədə yaşasa da, “Tərcüman” qəzetində müxtəlif yazılarla çıxış edib. O, 1911-ci ildə Gəncədə bələdiyyə idarəsində ictimai-siyasi fəaliyyətə başlayıb.

Yusifbəyli Gəncədə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçərisində Maarifi Yayan cəmiyyətin və Aktyorlar Cəmiyyətinin fəaliyyətində iştirak edib. O, həmçinin “Difai” partiyasının üzvü idi.

1917-ci ildə Fevral burjua inqilabından sonra Yusifbəyli Gəncədə yaranan Türk Ədəmi-Mərkəziyyət Partiyasına və Müsəlman Milli Komitəsinə başçılıq edib. 1917-ci ildə Bakıda Birinci Müsəlman qurultayında Nəsib bəy bu sözləri demişdir: “Kim deyə bilər ki, biz özünü idarəetmə səlahiyyətində olan bir millət deyilik?!”.

1918-ci ilin 22 aprelindən 26 maya qədər Zaqafqaziya Demokratik Federativ Respublikasında Nəsib bəy Yusifbəyli maarif naziri vəzifəsində çalışıb. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinetində Yusifbəyli maliyyə və xalq maarifi naziri, ikinci və üçüncü hökumət kabinetində isə xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub.

1919-cu ilin martında Xoyskinin hökumət kabinəsi istefa verir və Nəsib bəy yeni hökumət kabinəsi yaradır. Nəsib bəy Baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri və Nazirlər Şurasının Sədri vəzifələrini icra edib. Onun 24 dekabr 1919-cu ildə yaratdığı hökumət kabineti (sayca beşinci) 1 aprel 1920-ci ilə qədər fəaliyyət göstərib.

31 may 1920-ci ildə ölkəni tərk edərkən, Nəsib bəy Yusifbəyli yolda qətlə yetirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər